19.10.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxananın Uşaq şöbəsi 18.10.2022-ci il tarixində 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar “Gəl, əziz bayram” başlığı altında ədəbi-bədii gecə təşkil etdi. Tədbiri giriş sözü ilə açan şöbənin böyük kitabxanaçısı Aytən Əliyeva iştirakçıları salamladı və onları bayram münasibəti ilə təbrik etdi. O, qeyd etdi ki, 18 oktyabr Azərbaycan xalqının tarixinə şərəf, qürur və iftixar hissilə yazılmış müqəddəs günlərdən biridir. Həmin gün 2021-ci ildən etibarən yeni adla “Müstəqilliyin Bərpası günü” kimi qeyd edilir. Bildirdi ki, əsrlər boyu Vətən, torpaq anlayışı xalqımızın ləyaqətini, mənliyini, şərəfini əks etdirmişdir. Xalqımız öz torpağının müqəddəsliyini qorumaq üçün onun uğrunda ölüm-dirim mübarizəsi aparmışdır, ulu babalarımız Vətən torpağının hər bir qarışını namus simvolu kimi qorumuş, onun yolunda canlarını, övladlarını qurban verməkdən çəkinməmişdir. Bildirdi ki, bizim də vəzifəmiz hər zaman birlik olub Azərbaycanın dövlət müstəqilliyini, milli azadlığını qoruyub saxlamaq və onu gələcək nəsillərə çatdırmaqdan ibarətdir.
Sonra tədbirdə iştirak edən Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin 4 b sinif şagirdləri vətənpərvərlik mövzusunda şeirlər və musiqilər ifa etdilər. Tədbirin sonunda “Müstəqillik tarixi sərvətimizdir” adlı videçarx nümayiş olundu.